Press "Enter" to skip to content

Turizm imkanları bu dəfə də onlayn platformalarda tanıdılır

Son yeniləmə: 3 May 2021 15:13

Bayraqdar.info – Ölkəmizin turizm imkanlarının tanıdılması istiqamətində davamlı addımlar atılır.

Azərbaycan Turizm Bürosu tərəfindən daha iki platformada bu istiqamətdə işlər aparılıb.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumatda deyilir ki, aprelin 27-də Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Bakı, Moskva və Sankt-Peterburq şəhərləri arasında postpandemiya dövründə tərəfdaşlıq” adlı onlayn tədbir keçirilib.

Tədbirdə pandemiyadan sonrakı dövrə hazırlıq və turizmin bərpası üçün nəzərdə tutulan planlar haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb: “Moskva və Sankt-Peterburq şəhərlərinin turizm komitələri ilə birgə təşkil olunan tədbirdə üç şəhər arasında turizm layihələri üzrə tərəfdaşlıq müzakirə olunaraq tədbirlər planının tərtibi təklif edilib.

“Həmçinin tədbir çərçivəsində Azərbaycan və Rusiya turizm şirkətləri arasında B2B formatında yüzdən çox onlayn görüş keçirilib”.

29-30 aprel tarixlərində isə “FVW/Travel Talk – Virtuelle Counter days” tədbirində Azərbaycanın turizm imkanları haqqında məlumat verilib.

Almaniya, Avstriya və İsveçrədən olan turizm şirkətlərinin iştirak etdiyi tədbirdə 30-dan çox B2B görüş keçirilib.

Tədbirdə həmçinin 40-a yaxın müraciət qeydə alınıb, 380-dən çox ziyarətçi onlayn olaraq Azərbaycanın stendini ziyarət edib. Tədbirdə həmçinin yeni şəraitə uyğun olaraq Avropa turizm şirkətlərini maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.