Recep Tayyip Erdoğan: Mən Güney Kıbrısa inanmıram, güvənmirəm
Bayraqdar.info – Mən Güney Kıbrısa inanmıram, güvənmirəm. Onlar heç vaxt dürüst davranmadılar və doğru danışmadılar.
Bunu Kıbrıs adasının gələcəyi ilə bağlı Cenevrədə 5+1 formatında keçirilmiş qeyri-rəsmi toplantını dəyərləndirən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan bildirib.
2-3 aydan sonra daha bir bu formatlı toplantının keçirilməsi təklifinə gəlincə, Türkiyənin Cümhurbaşqanı, “Mən yenə bir nəticənin əldə olunacağını ehtimal etmirəm” deyib.
Kuzey Kıbrıs Türk Cümhutiyyətinin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, R.T.Erdoğan rumların heç zaman dürüst olmadıqlarını vurğulayıb: “Bunlar Bürgenstock Zirvəsi zamanı da yalan danışdılar. Aldatdılar və keçirilən referandumun nəticələrinə də saygı duymadılar. Quzeydə 65 fazi “hə” deyərkən, Güneydə əksinə bir o qədər “xeyr” dedi.
“Bunlar yalançıdırlar və dürüst deyillər. İndi yenə eyni şeyləri edirlər. Yenə də fərqli-fərqli şeylər danışırlar. Dürüst hərəkət etdikləri təqdirdə bizdən də dürüstlük görəcəklər. Amma dürüst hərəkət etmədikləri müddətdə bunlarla bir razılaşmanın əldə edilməsi mümkün deyil”.