Bayraqdar.info – Mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Prezident Administrasiyanın Mətbuat Xidməti xəbər verir ki, Sərəncamda “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi öz əksini tapıb.
Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılması nəzərdə tutulub.