Ersin Tatar: Bizlər Kıbrısı 1571-ci ildə fəth edən və buranı türk yurdu edən Osmanlının nəvələri, türk oğlu türk olmaqdan qürur duyuruq
Bayraqdar.info – Cenevrədə 5+1 formatında keçirilən qeyri-rəsmi toplantından sonra Kıbrısın rum tərəfinin rəhbərinin bəzi yersiz açıqlamaları əsəbləri gərib. Belə ki, KKTC Cümhurbaşqanı Ersin Tatar rumların rəhbəri Nikos Anastasiadisin bəzi əsassız iddialar səsləndirdiyini bəyan edib.
Cümhurbaşqanı xüsusi olaraq N.Anastasiadisin Pasxa bayramı münasibətilə yaydığı mesajda Kıbrıs türklərinə “vətəndaşlarım” deyə müraciət etməsini türklər üçün təhqir adlandırıb: “Anastasiadis sözügedən mesajında Kıbrıs Türk xalqına “vətəndaşlarım” diyərək müraciət etməklə köhnə təfəkkürdə qaldığını bir daha nümayiş etdirib. Bütün dünya və Anastasiadis bunu bilməlidir ki, Kıbrıs türk xalqı rum tərəfinin azlıqdakı vətəndaşları deyil, azad və suveren KKTC-nin vatandaşlarıdır”.
Ersin Tatar N.Anastasiadisin rum xalqına, müttəfiqlərinə və onların KKTC daxilindəki uzantılarına KKTC ilə Türkiyəyə qarşı “birlikdə mübarizə” üçün müraciət etdiyini də deyib. Qeyd olunub ki, bununla da N.Anastasiadis dialoq və razılaşmaya müsbət baxmadığını bir daha sərgiləyib.
Bildirmək yerinə düşər ki, N.Anastasiadis məlum müraciətində KKTC Cümhurbaşqanı Ersin Tatarın iki dövlətli həll təklifini də hədəfə alıb. O, bunu “yeni bir Osmanlı İmperatorluğunu xəyal edənlərin təkəbbürü” kimi dəyərləndirib.
Ersin Tatar isə buna belə cavab verib: “Anastasiadis təkəbbürlü birini görmək istəyirsə güzgüyə baxsın. Bizlər Kıbrısı 1571-ci ildə fəth edən və buranı türk yurdu edən Osmanlının nəvələri, türk oğlu türk olmaqdan qürur duyuruq. Müzakirəyə təqdim etdiyimiz iki suveren dövlətin bərabərhüquqlu əməkdaşlığına əsaslanan təklifim isə Kıbrıs türk xalqının böyük çoxluğunun iradəsidir. Bu təklif eyni zamanda regionun ən böyük və ən güclü ölkəsi Türkiyə tərəfindən də dəstəklənməkdədir”.