Press "Enter" to skip to content

9 nəfərə təkrar əlillik təyin olunmasından imtina edilib

Hərbi səbəblərlə əlaqədar müddətli əlillik təyin edilmiş şəxslərin əyani müayinələri davam edir

Bayraqdar.info – Əlillik təyinatlarının tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının ləğv edilməsi istiqamətində işlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bu məqsədlə aparılan əyani müayinələrdə qeyri-hökumət təşkilatları nümayəndələrinin də iştirakı təmin edilir.

Daha 18 nəfəri əhatə edən bu dəfəki müayinədə isə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev iştirak edib.

Bunlar əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, həmçinin əlillik sənədlərindəki diaqnozlarda ziddiyyətlər aşkar edilənlərdir.

Beləliklə, müxtəlif qurumların nümayəndələrindən ibarət komissiya həmin şəxslərin əlillik sənədləri ilə bərabər, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırıb.

Əyani müayinəsi aparılmış 18 nəfərdən 9 nəfərin xəstəlik diaqnozlarının və sağlamlıq vəziyyətlərinin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub. Bu səbəbdən onlara təkrar əlillik təyin olunmasından imtina edilib.

Mission News Theme by Compete Themes.