Bayraqdar.info – “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda 65 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Bu barədə bayraqdar.info-ya Fonddan məlumat verilib.
Məlumatda deyilir ki, ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazi sağalaraq Vətənə geri dönüb: “Qazilərimiz Həmidov Kamran Qəribxan oğlunun və Quliyev Elnur İbadət oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq”.