Bayraqdar.info – Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibiliyi Qırğızıstan-Tacikistan sərhədində 2 may tarixinə olan vəziyyəti açıqlayıb.
Bununla bağlı bayraqdar.info-ya daxil olan məlumata görə, vəziyyət sabitdir, hər hansı qarşıdurma qeydə alınmayıb.
Məlumatda deyilir ki, uyğun dövlət qurumlarının işə cəlb edilməsilə bir sıra məsələlər həll edilir.
Oş-İsfana şossesində nəqliyyatın hərəkəti bərpa edilib. Tacikistan ərazisində qalmış qırğızlar Qırğızıstana gətirilib.
Əraziyə birgə baxış keçirilməyə başlayıb. Hərbi qüvvələrin əvvəlki yerləşim yerinə çəkilməsi üçün müzakirələr aparılır.
O da qeyd edilir ki, Batken vilayətinə gərəkli humanitar və tibbi yardımlar üçün tədbirlər görülür. Münaqişədən sonrakı dövr üçün hazırlıq işləri də aparılır.
Təhlükəsizlik Şurasının katibliyi problemlərin yalnız dinc danışıqlar yoluyla həllinə çağırış edib. Eyni zamanda bildirib ki, tərəflər imzalanmış razılaşmalara uyğun olaraq hərbi qüvvələri geri çəkməli və atəşkəsə əməl etməlidir.
Şuranın katibliyindən o da bildirilir ki, vəziyyət Prezident Sadır Caparovun nəzarəti altındadır.