Bayraqdar.info – Mayın 1-də Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu aprelin 28-dən silahlı münaqişə durumunda olan Qırğızıstan və Tacikistanın Xarici İşlər nazirləri ilə telefon əlaqəsi saxlayıb.
Türkiyəli nazir hər iki tərəfə münaqişənin dinc yolla çözümü üçün yardımlarını təklif edib.
Bu haqda xəbəri M.Çavuşoğlu özünün sosial media hesabında paylaşıb.
“Qırğızıstan Xarici İşlər naziri Ruslan Kazakbayev və Tacikistan Xairici İşlər naziri Sirociddin Muhriddin ilə ayrı-ayrı telefonla görüşdük.
– İki qardaş ölkə arasındakı sorunun barışcıl yöntəmlərlə çözülməsini təmənna edirik.
– Ehtiyac duyulan dəstəyi verməyə hazırıq.
– Əldə edilmiş atəşkəs razılaşmasından məmnunuq”, – deyə Türkiyə Xarici İşlər naziri yazıb.
#Kırgızistan DB Ruslan Kazakbayev ve #Tacikistan DB Sirojiddin Muhriddin ile ayrı ayrı telefonda görüştük.
-İki kardeş ülke arasındaki sorunun barışçıl yöntemlerle çözülmesini temenni ediyoruz.
-İhtiyaç duyulan desteği vermeye hazırız.
-Varılan ateşkes mutabakatından memnunuz. pic.twitter.com/0fxgLVJDNW— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) May 1, 2021
Qeyd edək ki, Orta Asiyanın iki qonşu, eyni zamanda iqtisadi cəhətdən çətinliklər içində olan dövlətinin sərhəd kəsimində ortaya çıxan silahlı qarşıdurma nəticəsində Qırğızıstan tərəfdən ən azı 40 nəfərin öldüyü xəbər verilir.
Tərəflər artıq atəşkəs razılaşması əldə edib. Eyni zamanda Qırğızıstan Prezidenti Sadır Caparov və Tacikistan Prezidenti Emomali Rahmon son iki gündə tez-tez telefon əlaqəsi saxlayaraq problemi dinc yolla həll etməyə çalışır.
Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəflər arasında vasitəçilik edir.
Qardaş Qazaxıstanın Prezidenti Qasım-Comart Toqayev də məsələnin dinc yolla həlli üçün töhfəsini verməyə çalışır.
Türk dövlətlərini birləşdirən Türk Keneşi həm Qırğızıstan rəsmilərilə telefon əlaqəsi saxlayaraq, həm də ayrıca bəyanatla məsələnin çözümünə yardımçı olmaq istəyini ifadə edib.