Press "Enter" to skip to content

Rüşvət ittihamıyla daha bir cinayət işi. Bu dəfə təhsildə

Bakı Slavyan Universitetinin şöbə müdiri barəsində cinayət içi açılıb

Bayraqdar.info – Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi Təhsil Şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin külli miqdarda təhsil haqqını mənimsədiyi məlum olub. Bu barədə həmin ali təhsil məktəbinin tələbələrindən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlər daxil olub.

Xəbəri aprelin 30-da Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.

Bildirilir ki, Dürdanə Əliyevanın qeyd edilən qanunsuz əməlləri törətməsi barədə daxil olmuş çoxsaylı şikayətlər əsasında araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

“Hazırda iş üzrə intensiv istintaq tədbirləri aparılmaqla toplanmış sübutlara hüquqi qiymətin verilməsi və bu barədə ictimaiyyətin yaxın zamanda ətraflı məlumatlandırılması təmin ediləcək”, – deyə açıqlamada bildirilir.

Mission News Theme by Compete Themes.