Press "Enter" to skip to content

Kıbrıs türkləri Kıbrıs rum kəsiminə yamaq olmayacaq

Bayraqdar.info – “Rum kəsiminin məqsədi Kıbrıs Cümhuriyyətinin davamı və Konstitusiya dəyişikliyi ilə Kıbrıslı türklərin buna yamaq edilməsidir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə birlikdə aprelin 29-da Cenevrədə keçirdiyi mətbuat konfransında bəyan edib.

KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, Ersin Tatar rum tərəfinin bu yanaşmasının qəbuledilməz olduğunu bildirib.

KKTC Cümhurbaşqanı deyib ki, bərabər statuslu və eyni hüquqlara malik danışıqlar təklifi qəbul edilməyəcəyi təqdirdə Kıbrıs türklərinin hər hansı müzakirələrə qatılması mənasız olar.

Əlavə edək ki, KKTC Cümhurbaşqanı E.Tatar Cenevrəyə “bir-birini tanıyan iki müstəqil dövlət” təklifi ilə getmişdi. Lakin rum kəsimi və onun arxasında duran Yunanıstan bu dəfə də oyunpozanlıq edərək Cenevrədəki 5+BM qeyri-rəsmi görüşünün verimsiz sonuclanmasına səbəb olub.

Mission News Theme by Compete Themes.