Press "Enter" to skip to content

Güney Azərbaycanda ciddi məktəb problemi var

Bayraqdar.info – Güney Azərbaycanın Qoşaçay şəhərinn xeyriyyəçiləri məktəb tikintisində qabaqcıl təcrübəyə malikdir.

Bu barədə Qoşaçay (Miyandab) mahalı Təhsil və Tərbiyə İdarəsinin direktoru Behruz Tağınejad açıqlama verib.

O, dünən mətbuata verdiyi açıqlamada son il yarımda Qoşaçay xeyriyyəçilərinin məktəb tikintisinə görə Şərqi Azərbaycan əyalətində birinci yerdə olduqlarını bildirib.

“Hazırda mahalda xeyriyyəçilərin maddi dəstəyi ilə 127 sinif otağının tikintisi davam edir”, – Behruz Tağınejad bildirib.

Tağınejad deyib ki, ölkə üzrə adambaşına düşən tədris sahəsi 5.60 kv.mdir. Lakin Qoşaçayda bu rəqəm 3.35 kv. m təşkil edir. O, mahalda məktəb çatışmazlığının olduğunu qeyd edib.

Direktor mahalda ümumilikdə mövcud olan 1 min 750 sinif otağından ən azı 10 faizinin yararsız olduğunu bildirib.

O, təmirə ehtiyacı olan sinif otaqlarının bu rəqəmə şamil edilmədiyini, bundan əlavə yararsız vəziyyətdə olan 36 kaneks (konteyner) sinif otağının fəaliyyət göstərdiyini deyib.

Qeyd edək ki, Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsinə dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağını bildiriblər.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.