Son yeniləmə: 30 Aprel 2021 14:21
Bayraqdar.info – Tərəflər arasında ortaq məxrəcə nail olmaq üçün çox çalışdıq. Amma rəsmi müzakirələrə başlamaq üçün ortaq mövqe əldə edə bilmədik.
Bunu BMT-nin Baş katibi Antonio Guterreş aprelin 27-29-da Cenevrədə 5+BM formatında keçirilmiş qeyri-rəsmi toplantıdan sonra deyib.
Tərəflərlə görüşdən sonra mətbuat konfransı keçirən BMT-nin Baş katibi 3 gün davam edən toplantıda tərəflərin öz mövqelərini bir daha bəyan etdiklərini bildirib.
Onun sözlərinə görə, Kıbrıs türk tərəfi suveren əsaslı iki dövlətin əməkdaşlığına əsaslanan 6 maddəlik bir həll təklifi irəli sürüb. Rum kəsimi isə danışıqlara Crans Montanada qalınan yerdən davam edilməsini istəyir.
Antonio Quterreş indiki halda ortaya çıxan durum barədə BMT Təhlükısizlik Şurasına ətraflı məlumat verəcəyini də deyib.
Baş katib bu məsələdə pozitiv nəticə əldə etmək üçün cəhdlərini davam etdirəcəyini, bu çərçivədə də daha bir 5+1 formatında qeyri-rəsmi toplantının keçirilməsinə cəhd edəcəklərini söyləyib.