Press "Enter" to skip to content

“Zəfər kuboku”nun qalibləri mükafatlandırıldı

Son yeniləmə: 29 Aprel 2021 17:10

Bayraqdar.info – Aprelin 29-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin (SŞGİBİ) təşkilatçılığı ilə “Zəfər kuboku” onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb. Yarış 18 yaşadək olan oğlan və qızlar arasında keçirilib.

İdarədən bildirilib ki, tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, SŞGİBİ-nin rəisi Elgün Hümbətov, turnirin baş hakimi İlham Əliyev, yarışın baş katibi Fidan Talıbova iştirak edib.

O da xəbər verilib ki, “Zəfər kuboku” yarışı əsasən 44 gün davam edən və möhtəşəm zəfərlə nəticələnən II Qarabağ müharibəsinə həsr edilib.

Sonra qaliblər karantin rejiminin qaydalarına əməl olunmaqla mükafatlandırılıb.

“Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda oğlanlar arasında Rüstəm Rüstəmov, qızlar arasında isə Aytac Kərimli birinci yeri, Yunis Mahmudzadə, Xanım İsmayılova ikinci yeri, İlknur Məmmədov və Nurtən Nuriyeva üçüncü yeri tutublar”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.