Bayraqdar.info – İlk gündən Kuzey Kıbrıs Türk Cümhuriyyətinə hərtərəfli dəstək göstərən Türkiyə bu gün də müvafiq addımlar atmaqdadır. Yeni mərhələdə iki dövlət arasında iqtisadi və enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi gündəmdədir.
Elə KKTC Baş nazirnin müavini, İqtisadiyyat və Enerji naziri Erhan Arıklının Türkiyəyə növbəti səfərində də məhz bu məsələlər müzakirə olunub. Türkiyənin vitse-prezidenti Fuat Oktayla Cümhurbaşqanlığı Külliyəsindəki görüşdə Türkiyə ilə KKTC arasında iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən hazırda reallaşdırlan layihələrlə bağlı müzakirələr aparılıb.
Tərəflər həmçinin KKTC-də qurulacaq “Böyük Mütəşəkkil Sənaye Bölgəsi” ilə bağlı da fikir mübadiləsi aparıb.