Press "Enter" to skip to content

Fuat Oktay: Kıbrısda iki dövlətli həll təklifini dəstəkləməyə davam edəcəyik

Son yeniləmə: 29 Aprel 2021 20:04

Bayraqdar.info – Türkiyənin vitse-prezidenti Fuat Oktay rum kəsiminin Cenevrədə sərgilədiyi problemin həll edilməməsinə yönəlik mövqeyini tənqid edib. Sosial media hesabındakı paylaşımında bu məqama toxunan vitse-prezident “Tükənmiş cəhdlərə, təktərəfli yanaşmalara qarşı bütün bölgə üçün sülh və sabitlik anlamına gələcək suveren hüquqlara malik iki dövlətli həll təklifini dəstəkləməyə davam edəcəyik” deyə qeyd edib.

Paylaşımda həmçinin “KKTC-nin müstəqilliyi və suverenliyi məsələsində bir addım belə geri çəkilməyəcəyik. Bu haqlı mübarizəsində KKTC Dövləti və Kıbrıs türk xalqı ilə çiyin-çiyinə olmağa davam edəcəyik” sözləri də öz əksini tapıb.

Mission News Theme by Compete Themes.