Press "Enter" to skip to content

Döymə taxta qapımı…

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Son yeniləmə: 29 Aprel 2021 20:09

Çində COVID-19-un Hindistan ştammına yoluxma qeydə alınıb

Bayraqdar.info – Dünyanı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduran Çin, necə deyərlər, bumeranq effekti ilə qarşılaşıb. Belə ki, bir müddətdir bu virusun Çində artıq yoxa çıxdığı, bütün xəstələrin sağaldığı bildirilirdi. Lakin bu günlər yayılan xəbərlər ölkəni ciddi şəkildə narahat edib.

Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin epidemioloji xəstəliklər üzrə mütəxəssisi Vu Zunyou keçirdiyi mətbuat konfransında ölkədə COVID-19-un mutasiyaya uğrayan Hindistan ştamına yoluxmaların qeydə alındığını deyib.

Bu arada yayılan digər bir məlumatda Çündə ümumilikdə “xarici qaynaqlı” virusa 20 yoluxmanın qeydə alındığı bildirilib.

Beləliklə, görünən odur ki, COVID-19-un “ana vətəni” Çin indi bu virusun daha təhlükəli ştammı ilə üzləşib. Düzü, bu yerdə Azərbaycanın “döymə taxta qapımı, döyməyim dəmir qapını” atalar sözü yada düşür.

Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda koronavirusun təhlükəli növünü aşkar etdiyini açıqlayıb. ÜST-ün mütəxəssisləri statistik məlumatlar və müayinələr əsasında yeni ştammın yüksək yoluxuculuq qabiliyyətinə malik və orqanizmdə yaranmış antitellərə qarşı dözümlü olduğunu açıqlayıb.

Mission News Theme by Compete Themes.