Press "Enter" to skip to content

“Rusiyadan narahat deyilik, amma hər zaman hazır olmalıyıq”

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdakı savaşı daha tez bitirmək üçün sülh prosesinə başqa dövlətləri də qoşmağı uyğun görür.

Bu haqda xəbəri Ukrayna Prezidentinin Administrasiyasından veriblər.

“Bu, Normandiya formatının genişləndirilməsi şəklində olacaq. Ayrıca, başqa ölkələri də içinə alacaq paralel formatda. Çox ciddi, güclü oyunçuları. Sadəcə ona görə yox ki, onlar güclüdür, həm də ona görə ki, onlar savaşı bitirmək üçün Ukraynaya yardım etmək istəyir. Düşünürəm ki, bu, düzgün qərardır”, – deyə ölkə başçısı Xerson səfəri zamanı deyib.

Prezident eyni zamanda Minsk danışıqlarının yenilənməsi üçün çağırış edib.

“Əminəm ki, Minsk çevik olmalıdır. Heç kim demir ki, Minsk sona çatdırılmalıdır. Lakin düşünürəm ki, bəzi məqamlar yenilənməlidir”, – deyə Prezident qeyd edib.

Prezident deyib ki, danışıqlar özəlliklə də üçlü əlaqə qrupu şəklində Minsk formatında davam edir. Mümkündür ki, birgə nəticə tezliklə əldə edilsin.

V.Zelesnki əlavə edib ki, üçtərəfli kontakt qrupu yenidən toplanacaq və bu dəfə ciddi bir atəşkəs qərarı veriləcək.

Rusiya silahlı qüvvələrinin Ukrayna sərhədinə toplanmasına da münasibət bildirən Prezident deyib ki, Ukrayna bundan narahat deyil. Lakin “biz həmişə hazır olmalıyıq”, – deyə o, əlavə edib.

Prezidentin dediyinə görə, Ukrayna, Avropa ölkələri və ABŞ-ın Rusiyaya yönəlik birgə fəaliyyətləri vəziyyəti normallaşdırmaq üçün imkanlara yol açıb.

“Biz Rusiya qoşunlarının qayıtmayacağına 100 faiz təminat verə bilmərik. Hələ də Ukrayna sərhədlərindən qoşunların çəkilməsinə çalışırıq. Bu isə gərginliyi davam etdirməmək niyyətindən xəbər verir”, – deyə V.Zelenski bildirib.

Xatırladaq ki, Prezident V.Zelenski aprelin 27-də Rusiyanın işğalı altında olan Krım Muxtar Respublikasının inzibati sərhədinə – Xersona səfər edib, burada hərbiçilərlə görüşərək onlara mənəvi dəstək nümayiş etdirib.

Mission News Theme by Compete Themes.