Press "Enter" to skip to content

QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvləri müəyyənləşdi

Son yeniləmə: 28 Aprel 2021 20:25

Bayraqdar.info – Aprelin 28-də Prezident İlham Əliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının tərkibini təsdiq edib.

Xəbəri Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Xəbərdə göstərilir ki, Agentliyinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib.

Dövlət orqanlarından:

Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi;
Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi;
Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsi müdirinin müavini.

Qeyri-hökumət təşkilatlarından:

Allahverənov Azər Kərim oğlu – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri;
Həsənov Əvəz Yediyar oğlu – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri;
İsgəndərov İsrayıl İsa oğlu – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri;
İbrahimov Zaur İbrahim oğlu – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;
Quliyev Azay Əjdər oğlu – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri;
Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri;
Orucov İlqar Nəcibəddin oğlu – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri;
Səfərova Günel Məhərrəm qızı – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.

Məlumatda daha sonra o da qeyd edilib ki, “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Prezidentin 2016-cı il 20 aprel tarixli 1983 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 739) 1-ci hissəsi ləğv edilib.

Mission News Theme by Compete Themes.