Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Ersin Tatarın çözüm üçün təklifləri

Bayraqdar.info – Xəbər verdiyimiz kimi, 27-29 aprel günlərində Cenevrədə Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Türkiyə, Böyük Britaniya, Yunanıstan, BMT və Kıbrıs rum kəsiminin görüşləri keçirilir. Aprelin 28-də tərəflər artıq ortaq görüş keçiriblər.

KKTC Cümhurbaşqanının bununla bağlı açıqlaması bayraqdar.info-ya daxil olub. Sənəddə deyilir:

“KKTC Cümhurbaşqanı Ersin Tatar bu gün erkəndən BMT Baş katibi Antonio Guterreşə təqdim etdiyi sənədi ictimailəşdirir.

Dayanıqlı həll üçün Kıbrıs türklərinin təklifi” adlı 2 səhifəlik sənəd belə bir həlli idarə edə biləcək əsas prinsiplər və görüləcək işlərlə birlikdə Cümhurbaşqanı E.Tatarın görüşlərini və onun arxasındakı səbəbləri əks etdirir”.

Daha sonra qeyd edilir ki, KKTC Cümhurbaşqanının özəl təmsilçisi Ergün Olgun sənədlə birlikdə bu açıqlamanı yayıb:

“Bizim gördüyümüz budur ki, BMT Baş katibinin status-kvo, həmçinin nəticəsiz federasiya danışıqlarından başqa sorğusu üzərinə Kıbrıs türk kəsimi “yaradıcı” olan tək tərəfdir.

Prezidentin baxışı adada daxili suveren bərabərlik və bərabər beynəlxalq statusa söykənən iki dövlət arasında yeni işbirliyi əlaqələrinin qurulması üzərinədir.

Biz bu sənədi qeyri-rəsmi danışıqlar başa çatdıqdan sonra – sabah yaymağı üstün tutmaq istərdik. Lakin Kıbrıs rum kəsiminin mətbuata xəbər sızdırmasından sonra qərara gəldik ki, bu gün onu tam olaraq ictimailəşdirək.

Biz Kıbrıs mübahisəsinin ədalətli, gerçəkçi və dayanıqlı həlli istiqamətində Kıbrıs türklərinin təkliflərini paylaşmaqda yardımçı olan hər kəsə təşəkkür edirik”.

Onu da əlavə edək ki, bayraqdar.info-ya daxil olan sözügedən 2 səhifəlik sənəddə KKTC tərəf olaraq:

1. BMT Baş katibini məsələni Təhlükəsizlik Şurasında qətnamə qəbul edərək bərabərhüquqlu iki ayrı dövlətin tanınması üçün hərəkətə keçməyə çağırır. Belə bir qətnamə iki dövlət arasında işbirliyi üçün yeni əsas ola bilərdi.

2. Bunun ardınca isə iki ayrı dövlət nəticəyə yönəlik, konkret vaxt çərçivəsində danışıqlar aparıb qarşılıqlı qəbul ediləcək işbirliyi razılığına gələ bilər.

3. Danışıqlar iki müstəqil dövlət arasındakı gələcək münasibətlərə – əmlak, güvənlik və sərhədlərin dəqiqləşdirilməsi, həmçinin Avropa Birliyi ilə münasibətlərə yönəlik olacaq.

4. Danışıqlar Türkiyə, Yunanıstan və Birləşmiş Krallıq tərəfindən dəstəklənəcək, həmçinin uyğun olarsa Avropa Birliyi də müşahidəçi kimi qatılacaq.

5. Hər hansı razılaşma əldə edilərsə, iki dövlət qarşılıqlı şəkildə bir-birini tanıyacaq və 3 təminatçı dövlət onları dəstəkləyəcək.

6. Bu danışıqların sonucu olaraq əldə ediləcək hər hansı razılaşma hər iki dövlətdə keçiriləcək referendum yoluyla təsdiq ediləcək.

Əlavə olaraq bildirmək istərdik ki, həm açıqlama, həm də KKTC Cümhurbaşqanının 2 səhifəlik təkliflərinin ingilis dilində orijinal mətnini hazırda Cenevrədə olan mənbəmiz bizə təqdim edib.

Mission News Theme by Compete Themes.