Bayraqdar.info – Kıbrıs adasının taleyinin həll edilməsində mühüm rol oyanayacaq 5+BM formatında qeyri-rəsmi toplantı başlayıb. Kıbrısın türk tərəfinin təklifi və BMT-nin himayəsi ilə Cenevrədə keçirilən toplantıda Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Kıbrısın rum kəsimi ilə yanaşı, Türkiyə, Böyük Britaniya və Yunanıstan da iştirak edir.
Dünən BMT-nin Baş katibi Antonio Quterreş adanın hər iki tərəfinin liderləri ilə ayrı-ayrılıqda görüş keçirib. Bu gün də ümumi toplantıdan sonra eyni formatda növbəti görüşlərin keçiriləcəyi gözlənilir. İkitərəfli görüşlərdən sonra isə BMT Baş katibinin Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Yunanıstanın Xarici İşlər naziri Nikos Dandias ve Böyül Britaniyanın Xarici İşlər naziri Domenik Raab ile görüşəcəyi bildirilir.
KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, dünən “Inter Continental” hotelində keçirlmiş Quterreş-Tatar görüşməsi bir saata yaxın davam edib. KKTC-nin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu, xüsusi nümayəndə Ergün Olgun və KKTC müzakirə heyətinin üzvlərinin də iştirak etdiyi görüşdən sonra Kuzye Kıbrısın BRT kanalının müxbirnə açıqlama verən Cümhurbaşqanı Ersin Tatar danışıqların müsbət məcrada keçdiyini deyib. O, eyni zamanda KKTC-nin toplantıda müzakirə ediləcək məsələlərlə bağlı mövqelərindən geri addım atmadıqlarını da bildirib. BMT Baş katibinin problemə dərindən bələd olduğunu söyləyən Ersin Tatar “Quterreş problemin mahiyyətini yaxşı bilir. Problemlə bağlı bu gün və sabah gərgin müzakirələr aparacayıq” sözlərini əlavə edib.
Qeyd edək ki, proqrama əsasən bu gün bütün tərəflərin iştirakı ilə konfrans keçirilcək. Toplantıda bütün iştirakçıların çıxışı nəzərdə tutulub.
Hazırda bütün diqqətlər Cenevrəyə yönəlib. Çünki yuxarıda da vurğuladığımız kimi bu toplantı Kıbrıs adasının taleyinin müəyyən edilməsi baxımından mühüm rol oyanaya bilər. Yeri gəlmişkən, toplantıdan öncə verdiyi müsahibə və açıqlamalarda, həmçinin dünən Cenevrədə mediaya özəl açıqlamasında bu görüşdən gözlənilən nəticələr barədə məqamlara toxunan KKTC Cümhurbaşqanı Ersin Tatar “Kıbrıs türkləri olaraq mövqeyimiz qətidir. Bundan sonra adada hər hansı federasiyanın yaranması qeyri-mümkündür. Kıbrıs türk xalqı olaraq hesab edirik ki, problemin həlli üçün ortaya yeni ideya qoyulmaldır. Bu yeni həll təklifinin mərkəzində suveren iki dövlətə əsaslanan bərabərhüquqlu razılaşma dayana bilər” deyib.
Cenevrədəki açıqlamasında Türk tərəfinin təklifinin dünyanın müxtəlif mərkəzlərində artıq müzakirə edilməyə başlandığını da deyən Ersin Tatar Böyük Britaniyanın keçmiş Xarici İşlər naziri Cek Strounun təklifi dəstəkləyən açıqlamalr verdiyini xatırladıb.
Beləliklə, Kıbrısın gələcəyinə dair Türk tərəfinin olumlu mövqeyi ortadadır. Eyni zamanda adada sülhün və sabitliyin təmini üçün üç təminatçı dövlətdən ikisi – Türkiyə və Böyük Britaniya KKTC tərəfinin təklifinə müsbət yanaşır. İndi növbə Yunanıstanın və adanın rum kəsiminindir. Onların adada sülhün tərəfdarı olub-olmadığı bü gün aydınlaşacaq.