Press "Enter" to skip to content

Azərbaycanın təyyarə parkı genişləndiriləcək

Son yeniləmə: 28 Aprel 2021 12:48

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dilini qəbul edib.

Məlumatı Azərbaycan Prezidentinin Administrasiyası yayıb.

Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirərək bu əməkdaşlığın hava yollarımızın inkişafındakı rolundan danışıb: “Hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır”, – deyə Prezident qonaga bildirib. Daha sonra o, iki gün bundan əvvəl yeni hava limanlarından birinin təməlini qoyduğunu qonağın diqqətinə çatdırıb.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni hava limanlarının inşa olunması ilə ölkənin təyyarə parkı genişləndiriləcək. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək”, – deyə dövlət başçısı əlavə edib.

Stenli Dil isə bildirib ki, 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmaqdan qürur duyur.

Görüşdə bu əməkdaşlığın 20 ildir ki, uğurla davam etdiyi vurğulanıb.

Mission News Theme by Compete Themes.