Press "Enter" to skip to content

Azərbaycan Prezidentinin ABŞ Dövlət katibiylə telefon danışığı olub

Son yeniləmə: 29 Aprel 2021 00:35

Bayraqdar.info – Az öncə Ağ Evdən daxil olan xəbərə görə, ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayıb.

Tərəflər ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin davamlı gərəkliliyini vurğulayıblar.

Bundan başqa bir sıra başqa məsələlər müzakirə edilib.

Dövlət katibi insan haqları və təməl hüquqlara hörmətin vacibliyini vurğulayıb. O, bölgənin bütün insanlarının faydası üçün Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı siyasi həlli yönündə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin davam edən çalışmalarını vurğulayıb.

Ağ Evdən verilən açıqlamadan belə anlaşılır ki, telefon danışığının təşəbbüskarı Vaşinqton olub.

Bu telefon əlaqəsi haqqında hələlik Azərbaycan tərəfindən məlumat verilməyib. Məsələni diqqətdə saxlayacağıq.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.