Press "Enter" to skip to content

165 min manatlıq dələduzluq faktı

Son yeniləmə: 28 Aprel 2021 15:28

Bayraqdar.info – Ayrı-ayrı vətəndaşlardan barələrində prokuroqluq və daxili işlər orqanlarındakı cinayət işlərinə xitam vermək adı ilə 165 min manat pul alan dələduz həbs edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətinin aprelin 28-də yaydığı məlumatda göstərilir ki, Cavanşirov Fəxrəddin Süleyman oğlu Baş Prokurorluğun İstintaq İdarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan bəzi vətəndaşların qohumlarına yalan vəd verməklə, guya cinayət işlərinə xitam verilməsinə köməklik göstərəcəyini bildirərək ayrı-ayrı şəxslərdən 165 min manat məbləğində pul alıb.

Xəbərdə deyilir ki. Cavanşirov Fəxrəddin Süleyman oğlu həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Mission News Theme by Compete Themes.