Bayraqdar.info – “YAŞAT” Fondu bu günə qədər 76 qazini müalicə üçün Türkiyəyə göndərib. Onlardan 9-unun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Bu barədə Fonddan bayraqdar.info-ya verilın məlumatda deyilir. Məlumatda o da qeyd edilir ki, Ağır yaralanan daha 13 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib: “”YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin! Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir”.