Press "Enter" to skip to content

Özbəkistan Türkiyə Cümhurbaşqanını qarşılamağa hazırlaşır

Bayraqdar.info – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bugünlərdə bir sıra xarici ölkələrin, o cümlədən Türkiyənin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Bu haqda xəbəri Dunyo Axborot Agentligi yayıb.

Türkiyənin Özbəkistana təyin edilmiş səfiri Olgan Bekarın etimadnaməsini qəbul edən Özbəkistan Prezidenti iki ölkə arasındakı münasibətləri yüksək dəyərləndirib.

Prezident deyib ki, koronavirus məhdudiyyərlərinə baxmayaraq ölkələr arasında nümayəndə heyətlərinin gəliş-gedişi davam etməkdədir. Özəlliklə də son aylarda Türkiyənin Xarici İşlər və Ticarət nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri Özbəkistana səfər edib.

Türkiyənin müxtəlif şirkət və banklarının iştirakıyla Özbəkistanda ticarət, yatırım, altyapı layihələri icra edilməkdədir. Təhsil, mədəniyyət, kino sahələrində də birgə proqramlar və tədbirlər uğurla gerçəkləşdirilir.

Ş.Mirziyoyev onu da deyib ki, qarşıdan gələn Türk Keneşinin İstanbul Zirvəsi və Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın Özbəkistana səfərinə də hazırlıq görülməkdədir.

Mission News Theme by Compete Themes.