Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı BMT Baş katibi ilə görüşüb

Bayraqdar.info – Kıbrıs adasının gələcəyinə dair müzakirələrin aparılacağı Cenevrəyə gedən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar bu gün BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. Bununla bağlı məlumatda qeyd edilir ki, görüşdə KKTC-nin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu və müzakirə heyəti də iştirak edib.

Xatırladaq ki, 27-29 aprel tarixlərində Cenevrədə 5+BM formatında keçiriləcək qeyri-rəsmi toplantı Kıbrıs adasının gələcəyi baxımdan əhəmiyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının himayəsində keçiriləcək toplantıya Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Kiprin rum kəsimi ilə yanaşı, Türkiyə, Böyük Britaniya və Yunanıstan da qatılacaq.

Toplantıdan öncə verdiyi müsahibə və açıqlamalarda bu görüşdən gözlənilən nəticələr barədə məqamlara toxunan KKTC Cümhurbaşqanı Ersin Tatar “Kıbrıs türkləri olaraq mövqeyimiz qətidir. Bundan sonra adada hər hansı federasiyanın yaranması qeyri-mümkündür. Kıbrıs türk xalqı olaraq hesab edirik ki, problemin həlli üçün ortaya yeni ideya qoyulmalıdır. Bu yeni həll təklifinin mərkəzində suveren iki dövlətə əsaslanan bərabərhüquqlu razılaşma dayana bilər” deyib.

Mission News Theme by Compete Themes.