Press "Enter" to skip to content

Türkiyənin Özbəkistandakı yeni səfiri diplomatik fəaliyyətə Azərbaycandan başlayıb

Bayraqdar.info – Aprelin 23-də Türkiyənin Özbəkistana təyin etdiyi yeni səfir Olgan Bekar bu ölkənin Prezidenti Şavkat Mirziyoyevə etimadnaməsini təqdim edib. Bunun ardınca Özbəkistan Xarici İşlər Nazirliyinin Dunyo Axborot Agentligi səfirdən müsahibə alıb.

Səfir Olgan Bekar qeyd edib ki, Özbəkistana səfir təyin edilməsini böyük sevinclə qarşılayıb. Çünki hər bir türk bu ölkəni də özünün Vətəni sanır.

“Türkiyə Cümhuriyyətinin bizim əcdadlarımızın Vətəni dediyimiz Özbəkistandakı elçisi təyin edilməyim mənim üçün böyük şərəfdir. Özünü diplomatik xidmətə həsr etmiş hər bir şəxs üçün xaricdə elçi kimi öz ölkəsi adından fəaliyyət göstərmək çox qürura səbəb olur. Başqa tərəfdən, Türkiyəli diplomatlar üçün bir sıra dövlətlər, o cümlədən, Özbəkistanda elçi olmaq ali dərəcədə şərəfdir”, – deyə səfir bildirib.

O.Bekar əlavə edib ki, “bu mənada mən özümü çox şanslı türk diplomatı hesab edirəm”. Səfir onu da bildirib ki, xaricdəki diplomatik fəaliyyətinə Azərbaycandan başlayıb.

“Onu demək istəyirəm ki, ölkəmizin 84 milyonluq əhalisinin ürəyi qardaş Özbəkistanın uğurları, dincliyi və rövnəqi üçün vurmaqda”, – deyə səfir sözlərinə əlavə edib.

Mission News Theme by Compete Themes.