Press "Enter" to skip to content

“Sirlər Xəzinəsi” müsabiqəsinin qalibləri məlum olub

Son yeniləmə: 26 Aprel 2021 16:25

Bayraqdar.info – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər Fondunun “GəncApp” mobil tətbiqi üzərindən 19-23 aprel tarixlərində təşkil etdiyi “Sirlər Xəzinəsi” intellektual müsabiqəsinin qalibləri elan edilib.

Məlumatı Mədəniyyət Nazirliyi yayıb.

Bildirilir ki, 37 xalla 1-ci yerə Ayxan İsgəndərov, 28 xalla 2-ci yerə Siyaş İsmayılov və 14 xalla 3-cü yerə Aytac Salmanzadə layiq görülüb.

Nazirlikdən o da bildirilib ki, qaliblərlə yaxın günlərdə əlaqə saxlanılacaq və onların mükafatları təqdim ediləcək.

Qeyd olunub ki, intellektual müsabiqə hər ay mütəmadi olaraq təşkil olunacaq.

Mission News Theme by Compete Themes.