Bayraqdar.info – Bu haqda Pakistan Xarici İşlər Nazirliyinin aprelin 25-də yaydığı açıqlamada deyilir.
Qısa, lakin dolğun açıqlamada qeyd edilir ki, tarixi tarixçilər araşdırmalıdır:
“Biz bəzi hökumətlərin 1915-ci il hadisələrinə aid bəyanatlarını diqqətə alırıq.
Biz inanırıq ki, tarixi hadisələrə tək tərəfli yanaşmalar və siyasi dəyərləndirmə həqiqəti gözardı edər və xalqlar arasında qütbləşməyə səbəb olar.
Biz irəli getməyə imkan verəcək Birgə Tarix Komissiyası təklifi də daxil olmaqla Türkiyənin məsələylə bağlı konstruktiv yanaşmasını məmnuniyyətlə nəzərə alırıq”.
Qeyd edək ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “erməni soyqırımı” ifadəsi işlədərək xalqlar arasındakı çatların böyüməsinə səbəb olub. Bu isə Türkiyə və Azərbaycan başda olmaqla dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Pakistanda kəskin narazılıqlara səbəb olub.