Press "Enter" to skip to content

Mebelin içərisindən 43 kq nakrotik tapıldı – VİDEO

Son yeniləmə: 26 Aprel 2021 16:31

Bayraqdar.info – Gömrükçülərin həyata keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində 43 kiloqramdan artıq narkotik vasitə – həşişin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən aprelin 26-da verilən xəbərdə deyilir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya mebel aparan Rusiya vətəndaşının idarə etdiyi “Renault Magnum” markalı P159TE05/ AK712905 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də, kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük nəqliyyat vasitəsi Astara gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilib. Rentgen qurğusunda şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlanılıb və yük boşaldılıb.

Təkrar yoxlama zamanı xidməti it yerə boşaldılan 6 ədəd kreslonun və 2 ədəd divanın qoltuqluğuna reaksiya verib. Yoxlama zamanı yerə boşaldılmış divan və kresloların qoltuqluqlarında xüsusi düzəldilmiş yerdə malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş gümüşü rəngli falqaya yerləşdirilən 34 ədəd bağlama aşkar olunub. Ümumilikdə 72 ədəd şəffaf sellofan paketdə qablaşdırılmış yastı-düzbucaqlı formalı bağlamalarda 43 kq 491 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə – həşişin yerləşdirildiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

Mission News Theme by Compete Themes.