Press "Enter" to skip to content

Mebel istehsalçıları və ixracatçıları ilə görüş keçirilib

Son yeniləmə: 26 Aprel 2021 15:35

Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın sahələri üzrə sahibkarların qarşılaşdıqları çətinliklərin çevik şəkildə öyrənilməsi, onların qanunvericiliyə dəyişiklik və inzibatçılığın təkmilləşdirilməsi yolu ilə aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi intensiv şəkildə davam etdirilir.

Növbəti belə görüş “Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Vergi siyasəti baş idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə mebel istehsalı və ixracı üzrə mövcud problemlər, onların həlli və sahənin inkişafı üzrə verilən təkliflər müzakirə edilib.

Dövlət Vergi Xidmətindən bayraqdaq.info-ya verilən məlumata görə, iştirakçıların nəzərinə çatdırılıb ki, qanunvericiliyin investisiya yönümlü olması dövlətin iqtisadi siyasəti üzrə əsas istiqamətlərdən biri olduğu üçün gələcək dövrlərdə də dövriyyənin şəffaflaşması çərçivəsində sənaye sahəsinə dövlət dəstəyinin verilməsi davam etdiriləcək. Tədbirdə vergi qanunvericiliyi ilə bağlı qaldırılan məsələlərin, habelə sahə üzrə istehsal, ixrac və digər əməliyyatlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə yarana biləcək münasibətlərin tənzimlənməsinin diqqətdə saxlanılacağı qeyd olunub. Eyni zamanda qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb.

Mission News Theme by Compete Themes.