Bayraqdar.info – Xəbər verdiymiz kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar aprelin 26-da Türkiyəyə səfər edib.
Türkiyə Cümhurbaşqanlığından verilən xəbərə görə, eyni gündə Cümhurbaşqanı Recep Tayyip Erdoğan KKTC Cümhurbaşqanı və bərabərindəki heyəti qəbul edib.
Görüşdə Türkiyə Cümhurbaşqanı Yardımçısı Fuat Oktay və Xarici İşlər naziri Mevlüt Çavuşoğlu da iştirak edib.
KKTC tərəfdən isə Cümhurbaşqanı E.Tatarı Xarici İşlər naziri Tahsin Ertuğruloğlu müşayiət edib.
Qeyd edək ki, bu səfər və görüş aprelin 27-29-da Cenevrədə keçiriləcək 5+BM (5+1) görüşü öncəsi məsləhətləşmə məqsədi güdür.
KKTC və Türkiyənin yanısıra Yunanıstan, Böyük Britaniya, BMT və Kıbrıs rum kəsiminin də qatılacağı Cenevrə müzakirələrində adanın taleyi ilə bağlı fikir mübadiləsi aparılacaq.