Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Cenevrə öncəsi Ankaraya gəldi

Son yeniləmə: 26 Aprel 2021 15:03

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar aprelin 27-də Cenevrədə başlayacaq 5+BM görüşməsi öncəsi məsləhətləşmələr aparmaq üçün Ankaraya gəlib.

Bu haqda xəbəri Cümhurbaşqanlığı sözçüsü Dr. Berna Çelik Doğruyol açıqlayıb.

Ankarada törənlə qarşılanan E.Tatar yerli vaxtla saat 14.00-da Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşəcək.

E.Tatarla birlikdə KKTC Xarici İşlər naziri Tahsin Ertuğruloğlu da Ankaraya gəlib. Buradakı görüş və məsləhətləşmələrin ardından onlar aprelin 27-də 5+BM görüşü üçün Cenevrəyə yollanacaqlar. Oradakı görüşdə KKTC ilə bərabər Türkiyə, Yunanıstan, Böyük Britaniya və BMT təmsilçisilə bərabər Kıbrıs rum kəsiminin nümayəndəsi də olacaq.

Qeyd edək ki, E.Tatar aprelin 22-də bayraqdar.info-ya verdiyi müsahibədə bu görüşə “adada iki ayrı dövlət” təklifilə gedəcəklərini demişdi.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.