Press "Enter" to skip to content

Azərbaycan Türkiyə və İsraili bir araya gətirməyə çalışır

Hikmət Hacıyev

Son yeniləmə: 26 Aprel 2021 14:21

Bayraqdar.info – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailin “Israel Hayom” qəzetində dərc edilən müsahibəsində səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir.

Jurnalistin Azərbaycan-Türkiyə-İsrail üçtərəfli görüşünün mümkünlüyü ilə bağlı sualına cavab olaraq H.Hacıyev bildirib ki, Türkiyə qardaş dövlətdir, İsrail isə Azərbaycanın strateji tərəfdaşıdır. “Biz istərdik ki, dostumuz olan ölkələr öz aralarında da dost olsunlar”, – deyə Prezidentin köməkçisi qeyd edib.

O, qeyd edib ki, əgər tərəflər razı olsa Azərbaycan üçtərəfli görüş təşəbbüsünü gerçəkləşdirməkdən məmnun olardı.

İsraillə Türkiyə arasında son vaxtlar müşahidə edilən nisbi yaxınlaşma ilə bağlı suala da cavan verən H.Hacıyev deyib: “Biz inanırıq ki, İsrail və Türkiyə bənzər maraqları paylaşır. Biz inanırıq ki, onların arasındakı işbirliyi də bu maraqlara xidmət edir. Azərbaycan bu əlaqələri inkişaf etdirmək üçün mümkün olan hər şeyi edir”.

Prezidentin köməkçisinin fikirlərindən belə anlaşılır ki, Azərbaycan bir sıra başqa bənzər hallarda olduğu kimi yenə də çox ciddi söz sahibi olan ölkələr arasında buzların əriməsinə öz töhfəsini verməkdədir.

Mission News Theme by Compete Themes.