Bayraqdar.info – Aprelin 23-də İstanbulda Türkiyə, Əfqanıstan və Pakistan Xarici İşlər nazirlərinin görüşü keçirilib. Bu haqda xəbəri Türkiyə Xarici İşlər Nazirliyindən veriblər.
Ev sahibi ölkənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu görüşün ardından sosial media hesabında qısa bilgi verərək müzakirə olunan məsələlər haqqında ictimaiyyəti məlumatlandırıb.
“Əfqanıstana dəstəyimizi vurğulayan ortaq bildirini əfqan və pakistanlı həmkarlarımla qəbul etdik. Əfqanıstan barış sürəcini və cəhdlərini müzakirə etdik; İpək yolunu canlandıracağıq. Ticarətin artırılması, enerji, nəqliyyat, terrorla mücadilə və düzənsiz köç məvzularını müzakirə etdik”, – deyə M.Çavuşoğlu yazıb.
#Afganistan’a desteğimizi vurgulayan Ortak Bildiriyi Afgan ve Pakistanlı mevkidaşlarımla kabul ettik.
-Afganistan barış sürecini&çabalarımızı ele aldık.
-İpek Yolu’nu canlandırıyoruz. Ticaretin artırılması, enerji, ulaşım,terörle mücadele&düzensiz göç konularını görüştük.🇹🇷🇦🇫🇵🇰 pic.twitter.com/ILhMqwbhoM— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 23, 2021
Bəlli olub ki, görüşdə Əfqanıstan Xarici İşlər naziri Mohammed Haneef Atmar fiziki olaraq iştirak edə bilməyib. O, İstanbula gəlsə də COVID-19 testi pozitiv çıxdığı üçün bu vacib görüşə otel otağından virtual olaraq qatılmaq məcburiyyətində qalıb. Lakin bu durum görüşün uğurla keçməsini əngəlləyə bilməyib.
Görüşün ardından M.Çavuşoğlu və Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureşi birlikdə, Əfqanıstanlı həmkarları isə virtual olaraq ortaq mətbuat konfransı keçirib.
#Canlı 📡#Türkiye–#Afganistan–#Pakistan Dışişleri Bakanları Ortak Basın Toplantısı#Live 📡
Joint Press Conference Following Trilateral Meeting of Ministers of Foreign Affairs of #Turkey, #Afghanistan and #Pakistan📍İstanbul https://t.co/ebleW5d0oB
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 23, 2021
Mətbuat konfransında çıxış edən M.Çavuşoğlu bildirib ki, bu üçlü formatda görüşlərə 2007-ci ildən başlanılıb və hazırkı görüş 8-cidir. O, qeyd edib ki, buna qədərki görüş 2014-cü ildə keçirilib və uzun bir müddət tərəflər birlikdə toplaşmayıblar.
Hər üç nazir çıxışlarında görüşün faydalı olduğunu vurğulayıblar.