Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri telefonla danışıb

Son yeniləmə: 24 Aprel 2021 21:54

Bayraqdar.info – Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov az öncə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefonla danışıb.

Bu haqda xəbəri Nazirlikdən veriblər. Xəbərdə deyilir:

Bu ilin 24 aprel tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Nazir Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb.

Bir əsr bundan öncə baş verən hadisələr yanlış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu Türkiyəli həmkarın diqqətinə çatdırılıb.

Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər”.

Mission News Theme by Compete Themes.