Press "Enter" to skip to content

Əfqanıstan Xarici İşlər naziri İstanbulda COVID-19-a yoluxdu

Bayraqdar.info – Aprelin 23-də İstanbulda keçirilən Türkiyə, Əfqanıstan və Pakistan Xarici İşlər nazirlərinin üçlü görüşünə Əfqanıstanlı nazir fiziki olaraq qatıla bilməyib. O, İstanbula gəlsə də son anda bəlli olub ki, bu görüşdə iştirak edə bilməyəcək.

Bununla bağlı bilgi paylaşan Əfqanıstan Xarici İşlər naziri Mohammed Haneef Atmar bildirib ki, görüşə fiziki olaraq qatıla bilməməsinə səbəb COVID-19 xəstəliyinə yaxalanmasıdır.

“Təəssüf ki, mənim COVID-19 testim müsbət oldu və üçtərəfli görüşə virtual qatılmalı oldum. Mevlüt Çavuşoğlu və ev sahiblərimə bütün gərəkli tibbi yardıma, həmçinin bizim gözlənən üçtərəfli görüşümüzü uğurla keçirə bilməyimizi təmin etdiklərinə görə son dərəcə minnətdaram”, – deyə Əfqanıstanlı nazir sosial media hesabında yazıb.

M.H.Atmar bu duruma baxmayaraq qaldığı otel otağından virtual olaraq üçtərəfli görüşə qatılıb, müzakirələrdə iştirak edib. O, görüşdən sonra keçirilən mətbuat konfransına da virtual qatılaraq fikirlərini paylaşıb.

Mission News Theme by Compete Themes.