Press "Enter" to skip to content

“YAŞAT” Fondu daha üç qazinin əməliyyat xərclərini qarşılayıb

Son yeniləmə: 23 Aprel 2021 16:40

Bayraqdar.info – “YAŞAT” Fondu ağır yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir. Bu barədə bayraqdar.info-ya Fonddan məlumat verilib.

Məlumatda deyilir ki, “YAŞAT” Fondunun və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə qazilər Zamir İsmayılovun, İsmayıl Süleymanovun və Rəhman Nuriyevin əməliyyat xərcləri qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Burada Fondun hesabatlarıyla da tanış olmaq mümkündür.

Həmçinin Fondun 8110 saylı çağrı mərkəzi fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.