Press "Enter" to skip to content

Orta Asiya Xarici İşlər nazirləri və ABŞ Dövlət katibi görüşəcək

Son yeniləmə: 23 Aprel 2021 09:29

Bayraqdar.info – Aprelin 23-də videokonfrans yoluyla Orta Asiyanın beş ölkəsinin Xarici İşlər nazirləri və ABŞ Dövlət katibinin görüşü olacaq.

Bu haqda xəbəri Özbəkistan Xarici İşlər Nazirliyinin “Dünya” Xəbər Agentliyi yayıb.

Özbəkistan XİN-dən verilən məlumata görə, Orta Asiyanın beş ölkəsi – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Xarici İşlər nazirləri ABŞ Dövlət katibiylə birlikdə regional siyasət, bölgə ölkələrilə ABŞ arasında münasibətlər, iqtisadiyyat, bölgədə təhlükəsizliyin təmini, iqlim məsələləri, eyni zamanda Əfqanıstanda sülhə nail olma yolunda işbirliyini müzakirə edəcək.

Onu da əlavə edək ki, aprelin 22-də Özbəkistan Xarici İşlər naziri Abduləziz Kamilov ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon əlaqəsi saxlayıb. Tərəflər ikitərəfli məsələləri, eləcə də aprelin 23-nə nəzərdə tutulan 5+1 görüşünü müzakirə ediblər.

Bu xəbəri də “Dünya” Xəbər Agentliyi yayıb.

ABŞ Dövlət katibi Özbəkistanın insan alverinə qarşı mübarizəsini və dini azadlıqların təmin edilməsi istiqamətində addımlarını yüksək dəyərləndirib.

Özbəkistan Xarici İşlər naziri söhbət əsnasında ABŞ Dövlət katibini iyul ayında Daşkənddə keçiriləcək “Orta və Güney Asiya: regional əlaqələr. Təhdidlər və imkanlar” adlı yüksək zirvəli konfransa dəvət edib.

Mission News Theme by Compete Themes.