Son yeniləmə: 23 Aprel 2021 19:32
Bayraqdar.info – “Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında (MŞ) jurnalistlərin COVID-19 infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcəkdir.”
Bu haqda xəbəri MŞ-dən veriblər. Xəbərdə daha sonra deyilir ki, “indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər”.
MŞ KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edib.
“Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı şəxsən də, Mətbuat Şurasının info@presscouncil.az və metbuatshurasi@gmail.com e-poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər. MŞ-dən əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02”, – deyə xəbərdə bildirilir.