Press "Enter" to skip to content

Dünya paracüdoçuları mayda Bakıda yarışacaqlar

Son yeniləmə: 23 Aprel 2021 16:43

Bayraqdar.info – Dünya paracüdoçuları mayın 25-26-da Bakıda yarışacaqlar. “IBSA JUDO GRAND PRIX BAKU 2021”in Paracüdo üzrə Qran-Pri turnirinin əhəmiyyəti nəzərə alınaraq Bakıda keçirilməsinə icazə verilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) bildirilib ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə təşkilat komitəsi yaradılıb.

Turnir “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Qran-Pri ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı olmadan keçiriləcək.

Mission News Theme by Compete Themes.