Press "Enter" to skip to content

Daha bir COVID-19 rüşvətçisi – həkim həbs edilib

Bayraqdar.info – Baş Prokurorluqdan verilən məlumata görə, aprelin 23-də Sabirabad rayon Xəstəxanasının infeksion xəstəliklər şöbəsinin müdiri Fazil Əliyev həbs edilib. Onun həbsi vətəndaşların şikayəti əsasında həyata keçirilib.

Prokurorluq bildirir ki, Sabirabad rayonunun Suqovuşan kəndinin sakinlərindən biri Sabirabad Rayon Prokurorluğuna şikayət edərək, COVID-19-a yoluxmuş və stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunu xəstəxanaya yerləşdirmək istəyib. Bu vaxt Sabirabad Rayon Mərkəzi Xəstəxanasının infeksion xəstəliklər şöbəsinin müdiri Fazil adlı həkim ondan 1000 ABŞ dolları rüşvət alıb.

Aparılmış araşdırmalarla faktın doğruluğu müəyyən olunub. Məlum olub ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası infeksion xəstəliklər şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə həkim–koordinator Fazil Əliyev pulu alıb və sonradan həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

“Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur”, – deyə açıqlamada bildirilir.

Mission News Theme by Compete Themes.