Press "Enter" to skip to content

Aprelin 23-ü dünyada kitab günü kimi qeyd edilir

Son yeniləmə: 23 Aprel 2021 15:23

Bayraqdar.info – Aprelin 23-də M.F.Axundzadə adına Milli Kitabxanada Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə eyniadlı və “Gənc Yazarlar” adlı virtual sərgilər təqdim edilib. Bu barədə məlumatı Milli Kitabxana yayıb.

Kitabxanadan bildirilib ki, sərgiləri bu keçidlərdən izləmək mümkündür:
Ümumdünya Kitab və Müəllif Hüquqları Günü
“Gənc Yazarlar” adlı virtual sərgi

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehirli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir. Virtual sərgilərdə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur”, – deyə kitabxananın açıqlamasında bildirilir.

Qeyd edilir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilmiş 28-ci sessiyasında elan edilib. Ölkəmizdə bu tarix 1997-ci ildən qeyd olunur.

Mission News Theme by Compete Themes.