Son yeniləmə: 22 Aprel 2021 16:01
Bayraqdar.info – Gənclər və İdman Nazirliyindən aprelin 22-də verilən açıqlamada göstərilir ki, aprelin 21-də Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə “Telefondan asılı olma!” mövzusunda onlayn seminar keçirilib.
Təlimçi Kifayət Ələkbərova telefon asılılığının əlamətlərindən danışıb və nomofobiya haqqında məlumat verib. “Bu asılılığımızdan uzaqlaşmaq üçün sosial şəbəkələrdə keçirdiyimiz vaxtı tənzimləməli, iradəmizlə mübarizə aparmağı öyrənməliyik”, – deyə K.Ələkbərova seminar iştirakçılarına bu tənzimləməni izah edib. Seminar maraqlı müzakirələrlə yadda qalıb.