Press "Enter" to skip to content

Rusiya Krım Platformasına qatılacaq ölkələri şantaj edir

Bayraqdar.info – Ukrayna mediasının yaydığı xəbərə görə, Rusiya bu il avqustun 23-də Kiyevdə keçirilməsi nəzərdə tutulan Krım Platformasında iştirakını təsdiqləmiş dövlət rəhbərlərini şantaj edir.

Bu fikirləri jurnalistlərə açıqlamasında Krım Tatar Milli Məclisinin sədri, Ukrayna parlamentinin üzvü Refat Çubar bildirib.

Tatar lider deyib ki, Rusiya hətta Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanı da bu Platformada iştirakdan çəkindirməyə çalışır. O, Rusiyanın Türkiyəyə uçuşları dayandırmaqla bağlı bu yaxınlarda verdiyi qərarı da bununla əlaqələndirib.

Refat Çubar bildirib ki, Rusiya Krım Platformasına müsbət yanaşan dövlətləri inandırma yoluyla bu işdən çəkindirməyə çalışır. Bəziləri ilə isə ultimatum diliylə danışır.

Qeyd edək ki, bu il aprelin 9-da Türkiyəyə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bu ölkənin Cümhurbaşqanını da Krım Platformasında iştiraka dəvət etmişdi. Recep Tayyip Erdoğan da öz növbəsində dəvəti qəbul edərək Platformada iştirakını təsdiqləmişdi.

Bundan başqa tərəflər ortaq bəyanat qəbul etmişdilər ki, orada Krımın işğalı açıq mətnlə qeyd edilir və bir an öncə işğala son verilməsi çağırışı yer alır. Belə bir yanaşma isə əlbəttə ki, Rusiyanın qanını qaraltmaya bilməzdi.

Onu da bildirək ki, Krım Platformasında Türkiyə ilə yanaşı ABŞ və Avropanın bir sıra dövlət başçıları da iştirak edəcək. Artıq onlar bununla bağlı razılıqlarını bildiriblər.

Mission News Theme by Compete Themes.