Press "Enter" to skip to content

Rus işğalçı gücləri Krımlı jurnalisti cərimə edib

Bayraqdar.info – Rusiyanın işğalı altında olan Krımda BMT-nin bir hesabatını dərc etmiş jurnalist Bekir Mamutov “məhkəmə”nin hökmüylə cərimə edilib.

Bu haqda xəbəri aprelin 21-də Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi yayıb.

Komitə bildirib ki, “Rusiya, işğalı altında olan Krımda jurnalistləri işıqlandırdıqları məsələlərə görə cəzalandırmaqdan çəkinməlidir”.

Xəbərdə deyilir ki, aprelin 20-də işğal altındakı Krımın paytaxtı Simferopolda “məhkəmə” yerli müstəqil “Qırım” qəzetinin baş redaktoru Bekir Mamutovu “yasaq olunmuş təşkilat haqqında informasiyanın yayılmasına görə” məsuliyyətə cəlb edib.

“Məhkəmə” B.Mamutovu 4 min rubl cərimə edib. Jurnalist Komitəyə bildirib ki, bunu haqsızlıq sayır və şikayətçidir.

“Rusiya rəsmiləri jurnalist Bekir Mamutova qarşı absurd iddia ilə şikayətçi olmaqdan çəkinməli və Krım jurnalistlərini sadəcə öz işlərini gördükləri üçün məhkəmələrə çəkməyə son verməlidirlər”, – deyə Komitənin Avropa və Orta Asiya proqram koordinatoru Gülnoza Said bildirib. “Rusiya rəsmiləri Kırımı ilhaq etdikdən sonra buradakı müstəqil səsləri təqib və qorxutma yoluyla susdurmağa çalışır. Rəsmilər jurnalistlərə basqıları dayandırmalı, onların təhlükəsiz və qorxusuz işləməsinə imkan verməlidir.”

“Məhkəmə”yə səbəb olan məsələyə gəlincə, Komitə bildirir ki, buna BMT Baş Katibi Antonio Guterresin Krımda insan haqlarının durumuyla bağlı çıxışından verilən sitat səbəb olub. Baş Katib öz çıxışında Krım Tatar Milli Məclisinin adını çəkir və Rusiya işğalçıları bu onu “ekstremist” qurum adıyla damğalayıb.

Mission News Theme by Compete Themes.