Bayraqdar.info – Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu iştirak etdiyi bir proqramda Kıbrıs məsələsi və Şərqi Ağdənizdəki son duruma dair fikirlərini dilə gətirib. O, gələn həftə Cenevrədə keçiriləcək 5+1 formatındakı qeyri-rəsmi toplantının məqsədinin tərəflərin bundan sonra nəyi müzakirə edəcəklərini müəyyən etmək olduğunu deyib.
Türkiyə və KKTC-nin toplantıya vahid, qəti bir mövqe ilə gedəcəyini söyləyən M.Çavuşoğlu “Cenevrədə nə istədiyimizi və federasiyanın niyə mümkün olmayacağını anladacağıq” deyib.
Türkiyə ilə Yunanıstan arasındakı problemlərin bir dəfəyə həll edilməsinin mümkün olmadığını deyən nazir Ankaradakı son hadisəyə də toxunub. M.Çavuşoğlu yunan nazir Nikos Dendias ilə danışıqlarının pozitiv atmosferdə keçməsinə baxmayaraq mətbuat konfransında qonağın dürüst davranmadığını vurğulayıb: “Yoxsa söylədikləri hər şeyə bir cavabımız var. Dövlət və millət olaraq haqlı olduğumuzu bəyan edərik və bundan qorxumuz yoxdu”.
Açıqlamasında həmçinin Yunanıstanın Şərqi Ağdənizdə imzaladığı ikitərəfli və üçtərəfli razılaşmalar zamanı Türkiyənin və Kıbrıs türklərinin haqlarını nəzərə almadığını bəyan edən M.Çavuşoğlu “Şərqi Ağdənizdə Türkiyənin olmadığı bir razılaşmaının heç bir işə yaramayacağını anladırıq. Sözümüzü dinləmədikləri üçün atdığımız real addımlarla bunu isbatlamış olduq”, deyib.
Türkiyənin kimsənin payında gözünün olmadığını deyən diplomat, eyni zamanda ərazidəki enerji resurslarının haqlı bölgüsünə tərəfdar olduqlarını bir daha bəyan edib.