Press "Enter" to skip to content

DİN-dən xəbərdarlıq: Bank kartınızın məlumatlarını qoruyun

Son yeniləmə: 22 Aprel 2021 18:39

Bayraqdar.info – Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.

DİN-in aprelin 22-də etdiyi müraciətdə deyilir: “Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər tərəfindən vətəndaşlara, xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinir. Həmin dələduzlar tətbiq edilən xüsusi gizli sosial kiberüsullar vasitəsilə məlumatsız, əsasən yaşlı nəsil nümayəndələrinə zəng etməklə özlərini hansısa bankın əməkdaşı kimi təqdim edirlər. Daha sonra onlar müxtəlif həvəsləndirici təkliflər vasitəsi ilə vətəndaşların bank kartlarındakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) əldə etməyə çalışırlar. Həmin məlumatları əldə edəndən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri belə olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirilir və vəsaitlər mənimsənilir”.

DİN bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşəcəkləri təqdirdə 102 xidməti – zəng mərkəzinə məlumat verməyi xahiş edir.

Mission News Theme by Compete Themes.