Son yeniləmə: 22 Aprel 2021 15:57
Bayraqdar.info – Bakı Dövlət Sirkində boş iş yerlərini tutmaq üçün elan verilib.
Bu barədə aprelin 22-də Sirkdən bildirilib. Bakı Dövlət Sirkinin yeni strukturu və ştat cədvəli təsdiq olunub. Buna görə də sirkdə milli truppa və orkestrin yenidən təşkili nəzərdə tutulur.
Məlumatda qeyd edilib ki, sirkə ölkədə və xaricdə təhsil almış gimnast, akrobat, baletmeystr və güləşçilər lazımdır. Əsasən İncəsənət Universiteti, Milli Konservatoriya və Bülbül adına məktəb, Bədən Tərbiyəsi Akademiyası (gimnast, akrobat, güləşçilər) və Xoreoqrafiya Akademiyasının məzunlarına üstünlük verilir. İxtisaslaşma sahəsi üzrə iş təcrübəsinə malik və 29 yaşınadək gənclərə müraciət etmək tövsiyə olunur.