Press "Enter" to skip to content

Azərbaycanın Meksikadakı səfiri media fəallığını davam etdirir

Bayraqdar.info – “Ermənistan tərəfi beynəlxaq humanitar hüququn tələblərinə və öz beynəlxalq öhdəliklərinə zidd olaraq həm hərbi, həm də mülki vətəndaşlarımız arasında itkilərə səbəb olmaqda davam edən bu minaların yerləşmə xəritəsini verməkdən imtina edir.”

Bunu ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov ölkənin çoxmilyonlu dinləyici auditoriyasına malik MVS radio kanalına müsahibəsində deyib.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, səfir müsahibəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı yenidənqurma işləri, bu istiqamətdə mövcud maneələr və regionda münaqişə sonrası vəziyyət barədə danışıb. Müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərini 30 ilə yaxın davam etmiş erməni işğalından azad etməyə nail olduğu və hazırda ölkə qarşısında duran başlıca vəzifənin azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına şərait yaradılması olduğu bildirilib.

Bu öncül məqsədin həyata keçirilməsi üzrə mövcud olan maneələrdən danışan diplomat, işğal müddətində bu ərazilərdə yaşayış infrastrukturunun tamamilə dağıdıldığını, buradakı tarixi-mədəni irsimizin məhv edilməsinə cəhd göstərildiyini, habelə olduqca geniş sahələr boyu kütləvi minalanma aparıldığını söyləyib. Qeyd edilib ki, Ermənistan minaların xəritəsini verməkdən imtina edir.

Bununla belə, regionda Azərbaycan tərəfindən minatəmizləmə işləri ilə yanaşı uzun vaxt və iri həcmli sərmayələr tələb edən bərpa və yenidənqurma işlərinə də artıq başlanıldığı qeyd olunub. Bu xüsusda nəqliyyat yolları, hava limanları və digər əhəmiyyətli infrastruktur layihələrinin inşasına başlandığını deyən səfir, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarımızın ölkənin hüquq sisteminə inteqrasiyasının da qarşıda duran vəzifələrdən olduğunu bildirib.

Mission News Theme by Compete Themes.